Küləkli hava ilə bağlı xəbərdarlıq edilib

Avqustun 7-dən 8-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Avqustun 7-8-də bölgələrdə fasilələrlə şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, İmişli, Beyləqan, Sabirabad, Şirvan, Salyan, Saatlı, Biləsuvar, Füzuli, Cəbrayıl, Cəlilabad, Yardımlı, Lerik, Şahbuz, Ordubad, Culfa, Qobustan, Şabran, Xızı, Xaçmaz, Siyəzən, Neftçalada arabir 13.9-20.7 m/san təşkil edəcək.
www.anews.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























