Deputat Etibar Əliyev də namizəd olmaqdan könüllü imtina etdi

Milli Məclisin deputatı Etibar Əliyev növbədənkənar parlament seçkilərində iştirak etməkdən imtina edib. Bu barədə deputat modern.az saytına müsahibəsində bildirib.
Deputat bildirib ki, namizədliyin könüllü olaraq irəli sürməyib.
Etibar Əliyev Milli Məclisin VI çağırış deputatı olub. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən təmsil olunurdu.
Hazırda Yeni Azərbaycan Partiyasının 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədi Etibar Quliyevdir.
İndiyədək Milli Məclisin hazırda olan deputatları Rüfət Quliyev, Sabir Rüstəmxanlı, Vahid Əhmədov, Tahir Kərimli, Fəzail Ağamalı öz istəyi ilə namizədliyini geri götürdüyünü açıqlayıb.
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib.
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Gülnar Nazimqızı
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib