• $
  • €
  • ₽
  • ₺
  • £

Audit yoxlama zamanı bu nazirlikdə nöqsanlar aşkarlandı - Hesablama Palatası

Audit yoxlama zamanı bu nazirlikdə nöqsanlar aşkarlandı - Hesablama Palatası
06.08.2024 15:04
Səhiyyə Nazirliyinin icra etdiyi "Qəbələ rayon Mərkəzi Xəstəxananın tikintisi” layihəsinin 1-ci və 2-ci mərhələlərinin layihə-smeta sənədlərində "Nəzərdə tutulmayan işlər və xərclər üzrə ehtiyat vəsait"in istifadə olunmayan hissəsinin müqavilədə və yerinə yetirilmiş işlərin qəbulu aktında işlərin dəyərinə əlavə edilməsi hesabına işlərin dəyərinin 1-ci mərhələ üzrə 256 869 manat, 2-ci mərhələ üzrə 82 440 manat, ümumilikdə 339 309 manat artırılmasına və podratçıya artıq ödənilməsinə səbəb olub.

Bu barədə Hesablama Palatasının nazirlikdə keçirdiyi auditin nəticələrində bildirilir.

"Auditlə layihəi üzrə dövlət əsaslı vəsait qoyuluşundan müvafiq sərəncamlarla ayrılan ümumilikdə 46,631 milyon manat məbləğində vəsait əhatə olunub", -  Palatanın rəyində qeyd olunub.

"1-ci mərhələ üzrə bazis qiymətləri ilə tikintinin dəyərinin müəyyənləşdirilməsində smeta üzrə 4 bölmədə işlərə vahid qiymət normasının düzgün tətbiq edilməməsi işlərin ehtimal dəyərinin artması ilə yanaşı satınalma məbləğinin və yerinə yetirilmiş işlərin dəyərinin ümumilikdə 542 173 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.

1-ci və 2-ci mərhələlərin layihə-smeta sənədlərində əsassız olaraq küləyin təsirinə görə podratçı təşkilatların əlavə xərclərinə vəsait nəzərdə tutulması, habelə satınalma sənədlərinə və yerinə yetirilmiş işlərin qəbulu aktına daxil edilməsi işlərin dəyərinin 1-ci mərhələ üzrə 55 072 manat, 2-ci mərhələ üzrə 43 860 manat, ümumilikdə 98 933 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.

1-ci və 2-ci mərhələlər üzrə smeta və satınalma müqaviləsində nəzərdə tutulan işlərlə müqayisədə yerinə yetirilmiş işlərin qəbulu aktlarında həcmləri azaldılıb və icra edilməyən bəzi işlərin əvəzinə smeta və satınalma müqaviləsində nəzərdə tutulmayan, dövlət ekspertizasından keçməyən daxil edilmiş işlərin bazis qiymətləri ilə dəyəri çıxarılmış işlərin dəyərindən az olduğu halda bərabər götürülməsi hesabına işlərin ümumi dəyəri qənaət məbləğləri nəzərə alınmaqla 1-ci mərhələ üzrə 57 437 manat, 2-ci mərhələ üzrə 454 041 manat, ümumilikdə isə 511 478 manat artırılıb və podratçıya artıq ödənilib", - deyə Palata bəyan edib

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol