Xaçmazın 9 kəndində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olacaq

Bu gün Xaçmaz rayonunun Yalama, Xanoba, Ləcət, Gilahoba, Yaquboba, Düztahiroba, Ukuroba, Tel, Ortaoba kəndlərində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olacaq.Bu barədə "Azərişıq" - dan məlumat verilib.
Məlumata görə, rayonda elektrik enerjisinə artan tələbat nəzərə alınaraq "Yalama" 110/35/10 kV-luq yarımstansiyasında həyata keçirilən təmir işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən kəndlər elektrik enerjisi ilə tam təmin olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























