Azərbaycanda vəzifəli şəxsin oğlu bıçaqlandı

Bu gecə saat 1:00 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına bıçaq xəsarətləri almış yaralı daxil olub.
ANN.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, həkimlər dərhal həmin şəxsi əməliyyat edib və Reanimasiya şöbəsinə yerləşdiriblər.
Müəyyən edilib ki, bıçaqlanan 25 yaşlı Gəncə sakini İlqar Namiq oğlu Həsənovdur.
Qeyd edək ki, zərərçəkənin atası Namiq Həsənov "Gəncə Avtovağzal" ASC-nin sədridir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























