Sabahın hava proqnozu açıqlanıb

Avqustun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























