Sabah Laçının qaz təchizatında fasilə yaranacaq

Sabah saat 10:00-dan Laçın rayonunun təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, yenidən qurulan "Şuşa-Laçın” avtomobil yolunun tikinti sahəsinə düşən "Qaz İxrac” İdarəsinə məxsus "Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərinin əsas və lupinq xətləri ilə kəsişməsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı işlər başa çatanadək "Laçın” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























