• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yol polisini vəhşicəsinə döyüb, paqonunu cırdılar

Azərbaycanda yol polisini vəhşicəsinə döyüb, paqonunu cırdılar
08.02.2014 12:59

Yol polisinə zorakılıq edən şəxs barədə cinayət işi başlanıb

Ağcabədi rayonunda yol polisi vəhşicəsinə döyülüb. Rayon Polis Şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Ukraynadan gələn 19 yaşlı Orxan Abdullayev yol polisi inspektoru, polis baş serjantı Mürsəl Məmmədovu döyüb və paltarlarını cırıb.

Belə ki, uzun müddət Ukraynada yaşayan 19 yaşlı Orxan Abdullayev bir neçə gün bundan əvvəl doğulduğu kəndə qonaq gəlib. O, sürücülük vəsiqəsi olmadan, “VAZ-2107” markalı avtomobili idarə edib. Bundan əlavə Orxan maşını yolda əks istiqamətində idarə edib. Bunu görən yol polisi əməkdaşı onu saxlayıb. Maşını əvvəlcə saxlamaq istəməyən Orxan Abdullayev sonradan avtomobili saxlamağa məcbur olub.

Polis baş serjantı Mürsəl Məmmədov yol hərəkət qaydalarını pozmuş sürücülərdən vəsiqə tələb edib. Lakin vəsiqə olmayıb. Polis avtomobili cərimə meydançasına aparmaq istəyərkən zorakılıqla üzləşib. Avtomobilin açarlarını tələb edən yol polisinə Orxan Abdullayev kobud şəkildə etiraz edib. Etiraz daha sonra davaya çevrilib.

Dava zamanı yol polisi Mürsəl Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Bu azmış kimi, onun forması və paqonları cırılıb. Daha sonra hadisə yerinə çağırılan əlavə polis qüvvələri Mürsəl Məmmədovu Orxan Abdullayevin əlindən ala bilib. Orxan Abdullayev şübhəli şəxs qismində həbs edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş başlanılıb.

ANS PRESS

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol