Bakıda sabah ümumşəhər iməciliyi keçiriləcək

Sabah Bakıda ümumşəhər iməciliyi keçiriləcək. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat verib.
"Son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində küçə, yol kənarlarında, həyət və məhəllələrdə yaranmış tozun təmizlənməsi, şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə BŞİH tərəfindən avqustun 10-da paytaxtda novbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb", - məlumatda bildirilib.
BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə və özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, obyektlərin vitrinlərini və ətraf ərazilərini təmizləməyə çağırıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























