Müdafiə Nazirliyinin daha bir sabiq rəisi həbs olunub

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.
"Qafqazinfo”nun məlumatına görə, polkovnik korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2–ci (dələduzluq-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























