• $
  • €
  • ₽
  • ₺
  • £

Polad Aslanov ombudsmanın nümayəndələrinə şikayət edib

Polad Aslanov ombudsmanın nümayəndələrinə şikayət edib
12.08.2024 13:48
1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan xeberman.com saytının həbsdə olan rəhbəri Polad Aslanovla avqustun 9-da Azərbaycan Ombudsman Aparatının nümayəndələri görüşü zamanı 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılması və İstintaq Təcridxanasına gətirildikdən sonra ona qarşı qeyri-insani rəftarla bağlı şikayət edib.  Bu barədə Turan-a jurnalistin həyat yoldaşı Gülmira Aslanova bildirib.

Hər iki halda prokurorluq jurnalistin şikayəti əsasında araşdırma başladıb, lakin sonradan icraata xitam verilib, işlərin bağlanması haqqında qərarlar isə nə vəkilə, nə Aslanova verilməyib. 

Jurnalist ombudsman nümayəndələrindən yerli məhkəmələrə və daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək üçün prokurorluğun qərarlarını almağa kömək etməyi xahiş edib.

Polad Aslanov həmçinin ailəsinin maddi vəziyyəti ilə bağlı  şikayət edib. 
 
"Polad ombudsman nümayəndələrinə bildirib ki, təqsirsiz olduğu halda, altı ildir həbsdə saxlanılır. Onun həbsinin qanunsuz olduğu Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də təsdiq edilib. Buna baxmayaraq, onu azadlığa buraxmırlar, dövlət isə ailəsinə sosial yardım göstərmir. Yoldaşım həbsdə olduğuna görə məni - onun həyat yoldaşını işə qəbul etməkdən imtina edirlər. Polad dövlətin öz vətəndaşlarına görə məsuliyyətini xatırladaraq, ailəsinin sosial yardımla təmin edilməsini tələb edib",  - Aslanova qeyd edib.

Onun sözlərinə görə, jurnalist ombudsman Səbinə Əliyevanın adına yazılı ərizədə öz şikayətlərini qeyd edib və ona bu müraciətlərə baxılacağı vəd edilib.

Aslanov  2019-cu il iyunun 12-də həbs olunub və  CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə İranın xeyrinə casusluqda ittiham olunub. Məhkəmə onu 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 
 
Aslanov bütün ittihamları rədd edib.
 
N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol