• $
  • €
  • ₽
  • ₺
  • £

"Neftçi"nin futbolçusu azarkeşlərdən üzr istəyib

"Neftçi"nin futbolçusu azarkeşlərdən üzr istəyib
12.08.2024 18:07
Bu gün "Neftçi” Futbol Mərkəzində "Forza Neftçi” azarkeş qrupunun fəal üzvləri, klub nümayəndələri – Baş icraçı direktor Cenk Sümer, Media üzrə koordinator Rüstəm Əfsərli və futbolçu Ervin Koffinin iştirakı ilə görüş keçirilib.

"Qafqazinfo” xəbər verir ki, görüşdə "Səbail”lə son qarşılaşmadan sonra baş verənlər müzakirə edilib.

Ervin Koffi oyundan sonra azarkeşlərlə arasında keçən xoşagəlməz insidentə görə təəssüfləndiyini bildirib, oyundan sonra yorğunluq və nəticədən irəli gələn stressin gətirdiyi emosiyalarla hərəkət etdiyini, heç bir halda azarkeşlərə hörmətsizlik etmək fikrində olmadığını dilə gətirərək üzr istəyib.

Azarkeşlər bunu anlayışla qarşılayaraq, futbolçunun üzrxahlığını qəbul edib, o cümlədən, tribunadan Koffiyə tərəf yad əşya atanın "Forza Neftçi” azarkeş qrupunun üzvlərindən biri olmadığını dilə gətirib.

Klub oyundan dərhal sonra baş verənlərlə bağlı araşdırma apardığını bildirərək, daxili intizam qaydaları əsasında futbolçu haqqında ölçü götürüldüyünü açıqlayıb.

Ervin Koffi Azərbaycan Premyer Liqasının 2-ci turunda "Səbail”lə heç-heçə etdikləri matçdan sonra azarkeşlərə butulka atmışdı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol