Türk dövlətlərinin idmançıları Paris Olimpiadasında 41 medal qazanıb

Türk dövlətlərinin idmançıları Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında ümumilikdə 41 medal qazanıblar.
"Report”a xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev məlumat verib.
"Bütün idmançılarımızı və azarkeşlərimizi təbrik edirik!”, – deyə o qeyd edib.
Qazaxıstan idmançıları bir qızıl, üç gümüş və üç bürünc olmaqla yeddi medal, Qırğızıstan idmançıları 6 olimpiya medalı (2 gümüş və 4 bürünc), Türkiyə komandası isə üçü gümüş, beşi bürünc olmaqla 8 medal qazanıblar.
Yay Olimpiya Oyunları Özbəkistanın müstəqillik tarixində ən uğurlusu olub: idmançılar 13 medal – 8 qızıl, 2 gümüş və 3 bürünc əldə ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























