• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil alacaq 500 tələbənin adı açıqlanıb

Xaricdə təhsil alacaq 500 tələbənin adı açıqlanıb
13.08.2024 11:42
Xaricdə təhsil Proqramı çərçivəsində təhsil alan gənclərin sayı 295-dən 500-ə çatdırılıb. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. 
 
Birinci mərhələdə 295 nəfər, ikinci mərhələdə isə 205 nəfər xaricdə təhsil proqramını qazanıb. 
 
Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri "Columbia University", 7-si "Harvard University", 7-si "University of Cambridge", 6-sı "Yale University”, 5-i "University of California, Berkeley", 4-ü "National University of Singapore", 3-ü "University of Oxford", 3-ü "ETH Zurich", 3-ü "University of Chicago" və digər nüfuzlu universitetlərdə təhsil alacaq.
 
Bir gün öncə Prezident "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” na dəyişiklik edərək bu tarixi 2028-ci ilə qədər uzadılması ilə bağlı Fərmana dəyişiklik edib. 
 
Dəyişilikdən sonra xaricdə təhsil alan gənclərin sayı 400-dən 500 kimi artırılıb. 
 
2007-ci ildə bu proqram qəbul ediləndə Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, "dünyanın aparıcı universitetlərini bitirdikdən sonra məzunlar oxuduqları ölkələrdə qalsalar belə Azərbaycan hökuməti buna etiraz etməyəcək. Çünki ölkənin onu xaricdə təmsil edən güclü diasporaya ehtiyacı var”. 
 
2022-ci ildə  371, 2023-cü ildə isə 381 nəfər adı çəkilən proqram çərçivəsində təqaüd qazanıb. Proqram çərçivəsində təqaüdçülərin təhsilinin maliyyələşməsi Azərbaycanın Respublikası Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilir. Bu gənclərin xaricdə təhsil almalarına imkan verən sayca ikinci proqramdır. 

Hazırki proqram da Prezident İlham Əliyevin 2022-cü il fevralın 28-də verdiyi sərəncam əsasında fəaliyyət göstərir. 

Gülnar Nazimqızı

 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol