Altı ayda baş verən yol qəzalarının sayı açıqlanıb

2024-cü ilin altı ayında Azərbaycanda 691 yol-nqəliyayt hadisəsi baş verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Baş vrən qəzalarda 33 nəfər ölüb, 598 nəfər isə yaralanıb.
Qəzaların 42,4% gündür, 39,2% gecə, 18;% isə toran vaxtı qeydə alınıb.
Bundan əvvəl Baş Dövlət Yol Polisi açıqlama yayaraq bildirib ki, Azərbaycanda altı ayda 2024-cü ilin altı ayında Bakıda 681 yol-nəqliyyat hadisəsi baş verib.
"Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 17,4 faiz azalaraq 242 nəfər, yaralananların sayı isə 13,5 faiz azalaraq 557 nəfər olub. Bütün yol-nəqliyyat hadisələrinin 40,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,5 faizini, yaralananların isə 73,2 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 9 nəfər yaralanıb. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib", - məlumatda deyilir.
Bundan öncə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 2024-cü ilin birinci rübündə Bakıda 90 yol nəqliyyat hadisəsi baş verdiyini açıqlamışdı.
Baş verən yol qəzalarında 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb.
2023-cü ildə Azərbaycanda 1636 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, 862 nəfər həlak olub.
Gülnar Nazimqızı
Baş verən yol qəzalarında 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb.
2023-cü ildə Azərbaycanda 1636 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, 862 nəfər həlak olub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























