Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - AÇIQLAMA

Azərbaycan Təhsil Nazirliyi gələn tədris ilindən orta məktəblərdə dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.Nazirlikdən verilən məlumata görə, ümumtəhsil məktəblərində növbəti dərs ilindən dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlar əsassızdır.Bununla belə, 2014-2015-ci dərs ilindən məktəblərdə tədris ilinin müddətinin 3 həftə uzadılması nəzərdə tutulur. Bununla əlaqədar təşkilati tədbirlərin görülməsi planlaşdırılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























