Ombudsman Hüseyn Abdullayevin səhhəti ilə bağlı son durumu açıqlayıb

Sabiq deputat Hüseyn Abdullayevin infarkt
keçirməsi təsdiqlənməyib və onun Penitensiar Xidmətin
Müalicə Müəssisəsinə köçürülməsinə dair Ombudsmana ünvanlanan ərizələr əsasında
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət ünvanlanıb. Bu barədə Ombudsmandan
anews.az-ın sorğusuna cavab olaraq bildirilib.
www.anews.az
"Hüseyn Abdullayevin Bakı İstintaq Təcridxanasının
baş həkimi tərəfindən zəruri müayinədən (ürəyin exokardioqrafiyası) keçirildiyi
və bu müayinə nəticəsinə əsasən şəxsin miokard infarkt keçirməsi təsdiqlənməyib.
Onun səhhəti normaldır və daimi həkim nəzarətindədir. Digər müayinənin keçirilməsi
üçün müəssisəyə nevropatoloqun dəvət edildiyi, onun müayinəsindən sonra zərurət
yaranarsa, Hüseyn Abdullayevin Müalicə Müəssisəsinə köçürülməsinin təmin ediləcəyi
də vurğulanıb. Hüseyn Abdullayevin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə
köçürülməsinə dair Ombudsmana ünvanlanan ərizələr əsasında tərəfimizdən Ədliyyə
Nazirliyinin Tibb Baş İdarəsinə müraciət ünvanlanıb.Hüseyn Abdullayevin saxlanma
şəraiti və səhhəti Ombudsmanın diqqətindədir”, - açıqlamada deyilir.
Bir neçə gün öncə hüquq müdafiəçisi Rüfət Səfərov və sabiq deputatın keçmiş vəkili Rəsul Cəfərov Abdullayevin infarkt keçirməsi ilə bağlı mətbuata açıqlama verib. Lakin sonradan Ədliyyə Nazirliyi bu informasiyanı təkzib edib və bildirib ki, bu informasiya doğru deyil.
Martın 7-də Hüseyn Abdullayeva qarşı cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqaallaşdırılması maddəsi ilə yeni cinayət işi açılıb.
Sabiq deputat 2018-ci il altı il müddətində azadlıqdan məhrum edilib. Onun həbs müddəti bu ilin aprelində bitirdi. Lakin yeni cinayət ittihamı ilə əlaqədar Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs tədbiri seçib.
Hüseyn Abdulayev 2005-ci il Milli Məclisin deputatı seçilib. 2007-ci il Nazirlər Kabinetinin qərarına etiraz edərək hesabata qarşı çıxıb. Bundan sonra Milli Məclisin fövqəlada iclası çağırıılıb və onun mandatı əlindən alınıb.
2012-ci Almaniyaya mühacir kimi gedib və bil sonra beynəlxalq axtarışa verilib.
2018-ci il Abdullayev Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib.
Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib