Ağdamda söküntü və planlaşdırma işlərinə 2 milyona yaxın vəsait xərclənəcək

Ağdamın Eyvazxanbəyli kəndində söküntü və şaquli planlaşdırma işlərinin aparılması üçün 1.884.463,99 AZN vəsait xərclənəcək. Bu barədə tednerlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.
Tenderin qalibi "KONTUR ARXİTEKTURA LAYİHƏ-SƏNAYE" QSC-dir.
Qalib şirkət dövlət qeydiyaytına 2000-ci ildə alınıb və nizamnamə kapitalı 322000.00 AZN-dir.
Hazırda Ağdamda 66 binanın tikintisinə başlanılıb.
Ümumilikdə Ağdamda 11 kəndin təməli qoyulub.
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib