• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Dəmir Yolları” qəzalara aydınlıq gətirdi

“Azərbaycan Dəmir Yolları” qəzalara aydınlıq gətirdi
07.02.2014 16:58
“Azərbaycan Dəmir Yolları” QSC son zamanlar ölkənin dəmir yollarında baş verən qəzalara aydınlıq gətirib.«APA-Economics»in məlumata görə, «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov jurnalistlərə açıqlamasında bildirib ki, bu qəzaların səbəbləri ciddi şəkildə araşdırılır. O, yanvar ayının sonunda baş verən qəzanın səbəblərini açıqlayıb: “Hadisənin baş verməsinə taxta vaqonunun dəmir yolu qaydalarına uyğun olaraq bərkidilməməsi səbəb olub. Qəzanın fəsadları dəmir yolunun səyi nəticəsində qısa müddət ərzində aradan qaldırılıb. Yüklər maksimum səviyyədə toplanaraq sahibkarlara təhvil verilib, məhsul itkisi baş verməyib”. Q. Nəzirov deyib ki, həmin sahədə yolların yenidən qurulmasına da nail olunub: “Bu gün qatarlar nəzərdə tutulan sürətlə hərəkət edə bilir. Dəmir yolunda bununla bağlı ciddi tədbirlər planı hazırlanıb. Dəmir yolunun bütün sahələrində yol təsərrüfatı üzrə komissiyalar yaradılıb, bu komissiyalar işləyir. Bütün yolların infrastruktur vəziyyəti bir daha nəzərdən keçirilir, nöqsanlar aşkarlandıqda yerlərdə ciddi tədbirlər görülür”. Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin digər qonşu ölkələrdə baş verən dəmir yolları qəzalarını da izlədiyini deyən idarə rəisinin müavini deyib ki, qurum bu hadisələri nəzərə alaraq, qarşısını almaq üçün ciddi tədbirlər görür: “Artıq bütün sahələr lazımi materiallarla təchiz olunub. Qısa müddətdə bu hadisələrin baş verməsinə səbəb olan tədbirlər görüləcək”.  ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol