Özbəkistan nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycan və Özbəkistan respublikaları arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistan hərbi qulluqçuları müasir silahlı münaqişələrdə taktiki pilotsuz uçuş aparatlarının (PUA) istifadəsinin planlaşdırılması və tətbiqi taktikası kursunda iştirak etmək məqsədilə Azərbaycana səfər ediblər.Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kursun ilk günündə özbəkistanlı qonaqlara Hərbi Hava Qüvvələrinin tarixi və fəaliyyəti haqqında, həmçinin PUA-ların ənənəvi döyüşlərdə tətbiqi, döyüş uçuşunun təşkili, Azərbaycan Ordusunda mini və mikro PUA-ların tətbiqi mövzularında brifinq təqdim olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























