• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda güclü zəlzələ proqnozu: Böyük insan itkisi ola bilər?

Bakıda güclü zəlzələ proqnozu: Böyük insan itkisi ola bilər?
07.02.2014 16:36
ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun (MIT) alimlərinə istinadən Bakıda və Şamaxıda Azərbaycanın əhalisi və neft infrastrukturuna, eləcə də regionun vəziyyətinə təsiretmə imkanında olacaq zəlzələnin başvermə ehtimalı barədə məlumatlar yayılıb. Məlumatlara görə, amerikalı alimlər Bakıda zəlzələ baş verəcəyi təqdirdə, bunun yüzminlərlə insanın ölümü ilə nəticələnəcəyini iddia ediblər. Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, bir müddət əvvəl də amerikalı mütəxəssislərin adından güclü zəlzələ olacağı barədə informasiyalar yayılıb: “Halbuki onlar sadəcə, Abşeronun cənubunda gərginliyin olduğunu bildirmişdilər. Hazırda ölkədə seysmiklik fon səviyyəsindədir. Narahatlıq üçün heç bir əsas yoxdur”. Sözügedən İnstitutun Azərbaycanla bağlı məlumatları nəyə əsasən verdiyinə gəlincə, Q.Yetirmişli bildirib ki, qurum AMEA-nın Geologiya İnstitutu ilə birlikdə tədqiqatlar aparır: “Bu iki qurum 1998-ci ildən bəri əməkdaşlıq edir. Onlar litosferdəki istiqamətləri öyrənirlər, elmi araşdırmalar aparır və məqalələrlə çıxış edirlər. Təbii ki, bu araşdırmalar zamanı müəyyən zonalardakı gərginliklə bağlı da informasiyalar verilir. Ancaq zəlzələnin əvvəlcədən proqnozlaşdırılması mümkün deyil”. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol