• $
  • €
  • ₽
  • ₺
  • £

Bərdədə Şəhidlər Xiyabanına aylardır su verilmir - Şəhid valideynlərindən etiraz/VIDEO

Bərdədə Şəhidlər Xiyabanına aylardır su verilmir - Şəhid valideynlərindən etiraz/VIDEO
15.08.2024 11:37
Bərdədə yaşayan şəhid ailələri Bərdə şəhər  Şəhidlər Xiyabanına aylardır su verilməməsindən narazılıq edir. Bərdə Suvarma İdarəsi isə Şəhidlər Xiyabanının su təminatında  problem olmadığını bildirib.  
 
"Şəhidlər Xiyabanı aylardır su ilə təmin edilmir.  Sadəcə xiyabanın içində bulaq var. Orada da demək olar su sızaraq gəldiyi üçün xiyabanın içində olan ağac və gülləri sulamaq mümkün deyil. Bərdə Suvarma İdarəsinin rəisi Atamoğlan Babayevin qəbulunda da olmuşuq. O bildirib ki, artiziandan çəkilən su əkin sahələrinə verilir. Şəhidlər Xiyabanında olan bütün ağac və gülləri öz hesabımıza almışıq. İndi bu ağaclar susuzluqluqdan məhv olur. Atamoğlan Babayev dəfələrlə müraciət etməyimizə baxmayaraq bu məsələyə əhəmiyyət vermir. Bununla bağlı ölkə başçısından dəstək istəyirik ki, məsələyə biganə yanaşan Atamoğlan Babayev cəzalandırılsın", - şəhid valideynləri sosial hesablarında yazıb.   
 
Bərdədə dəfn edilən şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə faktı anews.az-a təsdiqləyib və bildirib ki, artıq bu problem bir neçə aydır davam edir. 
 
"Şəhidlər Xiyabanını yaxınlığında yerləşən artizan suyunu kəsiblər. Xiyabandakı gülləri suvarmaq üçün su tapa bilmirik. Bu hal bir neçə aydır davam edir. Məcbur olub müraciət ünvanlamışıq. Şəhid valideynləri bir neçə dəfə Bərdə Suvarma İdarəsinin rəisi Atamoğlan Babayevin qəbulunda olub. Onlara verilən cavab bu olub ki, su əkin sahələrinə verildiyi üçün kəsilib. Biz Xiyabandakı güllləri öz hesabımıza almışıq. İstəyimiz də budur ki, bu məsələ həll olunsun", - Radə Yusifzadə anews.az-a açıqlamasında bildirib. 
 
Məsələ ilə bağlı Bərdə Suvarma İdarəsinin rəisi Atamoğlan Babayev anews.az-a açıqlamasında bildirib ki, Bərdədə yerləşən Şəhidlər Xiyabanında suyun verilməsində heç vaxt  problem olmayıb. 
 
"Şəhidlər Xiyabanında hər zaman su olub. Bu gün mütəxəssislər həmin əraziyə əlavə bir boru da çəkəcək. Artizian suyu da fasilə olmadan verilib.  Artizian suyunun dayanması mümkün deyil. Orada əlavə quraşdırılmış nasos da var. Bundan başqa Şəhidlər Xiyabanında bulaq da tikilib.  Oradan keçən əhali də o sudan istifadə edə bilir. Xiyabanda su ilə bağlı hər hansı problem yoxdur, - Babayev vurğulayıb.  

 
Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol