DİN əhalini silahları könüllü verməyə çağırıb

Avqustun 14-də polis əməkdaşlarına paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 tüfəng, 2 patron darağı və 54 ədəd müxtəlif çaplı sursat könüllü təhvil verilib. Bu barədə polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
"Hələ də bəzi şəxslərdə qanunsuz saxlanılan odlu döyüş silahları, sursatlar var. Müharibə qalıqlarıdır. Kimdə varsa, könüllü təhvil verilməlidir”, - Hacıyev deyib.
Onun sözlərinə görə, silahları könüllü təhvil verənlərə qarşı hər hansı tədbir görülməyəcək.
"O silahları təhvil verənlər ilk növbədə özünü və ailəsini məhrumiyyətlərdən xilas edir. Bilir ki, əməliyyat tədbirləri ilə tutulsa, cinayət məsuliyyətinə cəlb olunacaq. Ona görə də bir daha çağırış edirik, o silahlardan kimdə varsa, könüllü təhvil versin. Bu halda məsuliyyət yaranmır. Bununla bağlı zəmanət veririk, diqqətə çatdırırıq ki, cinayət aləti olmayan silahları könüllü təhvil verən şəxslərlə bağlı indiyə qədər hər hansı tədbir görülməyib və görülməyəcək”, - Hacıyev vurğulayıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























