Sumqayıt sakini üç dayısını diri-diri yandırdı - Dəhşətli faciə

Sumqayıtda dəhşətli qətl törədilib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























