• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə Portuqaliya və Braziliyaya səfər edəcək

Allahşükür Paşazadə Portuqaliya və Braziliyaya səfər edəcək
15.08.2024 18:42
Avqustun 16-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, şeyxülislam Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin Lissabon şəhərindəki mənzil-qərargahında qurumun üzvləri ilə görüşəcək.

Avqustun 18-də isə A.Paşazadə Braziliyaya səfər edəcək. Şeyxülislam səfər zamanı avqustun 19-22-də Braziliyanın paytaxtı Braziliya şəhərində keçiriləcək "Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusunda G20 Dinlərarası Forumunda iştirak edəcək. QMİ sədri dini müstəvidə olan qlobal debatlarda çıxış edəcək.

Səfər G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durhamın dəvəti əsasında baş tutacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri G20 çərçivəsində keçirilən dinlərarası forumların daimi iştirakçısıdır və bu günədək baş tutmuş Bolonya (İtaliya), Bali (İndoneziya), Puna (Hindistan) tədbirlərində müxtəlif mövzularda çıxışlar edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol