Yeddi ayda İİV-ə yoluxanların sayı açıqlanıb

2024-cü il yeddi ayında Azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusuna (QİÇS) 799 nəfər yoluxub. Bu barədə bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
"Onlardan 786 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 43 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub", - məlumatda deyilir.
1987-ci ildən 2023-cü ilin sonuna qədər Azərbaycanda 9 258 İİV xəstəsi rəsmi qeydiyyata alınıb.
Yoluxanların 69,5 %-i kişilər, digər faizi isə qadınlardır.
Bundan əvvəl Ümümdünya Səhiyyə Təşkilatı açıqlamasında bildirib ki, qlobal miqyasda 9,2 milyon insanın müalicəyə çıxışı yoxdur, hər gün 1700 insan HİV ilə əlaqəli səbəblərdən ölür. Daha 3500 nəfər yoluxub, onların çoxu statusunu bilmir və ya müalicə almaq imkanı yoxdur.

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib