• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi Qafqaz Müsəlmanları İdarəsinin təklifini bəyənmədi

Təhsil Nazirliyi Qafqaz Müsəlmanları İdarəsinin təklifini bəyənmədi
07.02.2014 13:52
Azərbaycan Təhsil Nazirliyi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ölkədə yaranmış dini radikalizm probleminin aradan qaldırılması, insanların dini cəhətdən düzgün maariflənməsi üçün orta və ali məktəblərdə dini dərslərin mütləq şəkildə tədris edilməsi ilə bağlı təklifinə münasibət bildirib.Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə görə, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu mənada məktəblərdə ayrıca dini dərslərin tədrisi məqsədəuyğun sayılmır. Bununla belə, ayrı-ayrı dinlər haqqında, xüsusilə islam dini, görkəmli şəxsiyyətləri, müqəddəs kitabımız Qurani-Kərim və burada insanlara təlqin olunan mənəvi dəyərlər haqqında şagirdlərə məlumatların verilməsi zəruri hesab edilir. Həmin məlumatlar ümumtəhsil məktəblərində tədris olunan "Həyat bilgisi" fənnində və digər fənlərdə nəzərə alınıb.Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Azərbaycanın orta və ali məktəblərdə dini dərslərin tədrisində çox gecikdiyini söyləyib. O qeyd edib ki, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda problemlərin çoxu gənclərin İslam dinini düzgün anlamaması, yalançı təbliğat səbəbindən yaranır. Bu gün Azərbaycanda insanların dini maariflənməsi üçün kifayət qədər tədris imkanları yoxdur. Bakı İslam Universitetinin və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunlarından istifadə edərək orta və ali məktəblərdə dini dərslər keçmək, dinlərin əsasları ilə bağlı kompleks təlimlər təşkil etmək mümkündür.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol