Parlamentdə 6 milyondan çox şəxs səs verə biləcək

Sentyabrın 1-də növbədənkənar parlament seçkilərində 6 421 073 nəfərin səs vermək hüququ olacaq. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Səs verənlərin 42 mindən çoxu işğaldan azad olunmuş ərazilərin payına düşüb.
Qarabağda səs vermək üçün 54 seçki məntəqəsi yaradılıb. Yaradılan məntəqlərin 20-i müvəqqəti seçki məntəqələridir.
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib.
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib