• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib

AQTA ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib
16.08.2024 16:48
Son zamanlar ictimai iaşə müəssisələrində, xüsusilə də ev şəraitində hazırlanan qida məhsullarının kütləvi tədbirlərdə (şənliklər və yas mərasimlərində) istehlakı nəticəsində zəhərlənmə hallarına rast gəlinir. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumt yayıb.

 AQTA tərəfindən aparılan araşdırmalar çərçivəsində bir sıra ictmai iaşə müəssisələrində keçirilən müxtəlif tədbirlər zamanı qida təhlükəsizliyi ilə bağlı tələblərin pozulması hallarına yol verildiyi aşkarlanır.

"Həmçinin araşdırmalar zamanı ictimai iaşə müəssələrinin sahibləri tərəfindən bu cür obyektlərin məclis sahiblərinə gündəlik əsaslarla icarəyə verilməsi halları müəyyən olunur. Təbii ki, bu kimi hallar ictimai iaşə müəssisələrinin rəhbərlərini baş verən hadisələrlə bağlı məsuliyyətdən azad etmir. Bəzi hallarda icarəyə götürülmüş ictimai iaşə müəssisələrində verilən qidalar məclis sahibləri tərəfindən evdə heç bir gigiyenik tələblər gözlənilmədən hazırlanaraq temperatur rejimi və sanitar-gigiyenik daşınma qaydaları gözlənilmədən bu müəssisələrə gətirilərək qonaqlara təqdim edilir. Bu kimi hallar kütləvi qida zəhərlənmələrinin baş verməsinə zəmin yaradır. Əksər hallarda ev şəraitində hazırlanan müxtəlif turşular, soyuq qəlyanaltılar, salatlar, sərinləşdirici içkilər isə heç bir sağlamlıq sənədi ilə müşayiət olunmadan digər yüksək riskli məhsullarla birlikdə kütləvi şəkildə istehlakçılara təqdim edilir", - məlumatda bildirilib.

Agentlik bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edərək, onları bu cür qanunsuz fəaliyyətdən çəkinməyə çağırıb.

"Belə kütləvi mərasimlərin keçirilməsi zamanı istehlaka təqdim olunan qida məhsulları mütləq şəkildə ictimai iaşə müəssisələrində mövcud norma və tələblərə uyğun şəkildə hazırlanmalı və istehlaka təqdim edilməlidir", - AQTA bildirib. 

Qeyd olunan qanunsuz fəaliyyətlərlə bağlı hər hansı fakt aşkarlandığı təqdirdə, həmin ictimai iaşə müəssisəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə sərt tədbirlər görüləcək".


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol