Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Avqustun 17-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Balakəndə 10 mm, Lerikdə 9 mm, Zaqatala, Göygöldə 8 mm, Mingəçevirdə 7 mm, Astarada 4 mm, Şahdağ, Qrız, Gədəbəy, Oğuz, Şəki, Qobustan, Lənkəran, Qəbələ, Xaltan, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Gəncə, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Yardımlı, Qax, Füzulidə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Naftalan, Gəncə, Şəmkir, Daşkəsən, Goranboy, Göygöl, Ağdam, Balakən, Qax, Şəki, Lerik, Şahdağ, Qrızda duman müşahidə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























