• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir ana doğuşdan sonra öldü

Azərbaycanda daha bir ana doğuşdan sonra öldü
07.02.2014 12:11
Azərbaycanda daha bir ana doğuşdan sonra dünyasını dəyişib.Ans press-in verdiyi məlumata görə, ana ölümü Qazax rayonunda qeydə alınıb.Belə ki, Qazax rayonu Bakı küçəsi 175 üvanında yaşayan 22 yaşlı Vüsalə Siyavuş qızı Məmmədova yanvarın 31-də vaxtından öncə təbii doğuş keçirib. Ana oğlan uşağı dünyaya gətirib. Uşağın çəkisi 3 kiloqram olub. Körpənin vəziyyəti normal olsa da, ananın halı evə buraxılandan sonra yenidən pisləşib.Onu yenidən rayon xəstəxanasına aparıblar. Lakin orada Vüsalə Məmmədovanın vəziyyətində irəliləyiş olmadığı üçün qadın Bakıya, Kliniki Tibbi Mərkəzə gətirilib. Təssüf ki, burada da qadına heç bir yardım etmək mümkün olmayıb.Ailə üzvlərinin verdikləri məlumata görə, qadın doğuşdan sonra daxili qanaxma keçirib. Bakıda da qadına yardım edə bilmədikləri üçün, onu Gürcüstana aparıblar.Vüsalə Məmmədovaya Gürcüstanda tibbi yardım göstərilsə də, qadının səhhətində heç bir irəliləyiş olmayıb. Gürcüstan həkimləri Vüsalənin ailə üzvlərini bildiriblər ki, qadın həkim səhlənkarlığı üzündən bu hala düşüb. Deyilənlərə görə, qadın vaxtından əvvəl təbii doğuş keçirib. Bu səbəbdən də, Vüsalənin daxili orqanları zədələnib. Həkimlər bundan gec xəbər tutublar. Gürcüstanlı həkimlərin sözlərinə görə, vaxtında müdaxilə olsaydı, bəlkə də, vəziyyət bu qədər pisləşməzdi.Gürcüstan həkimlərinn səylərinə baxmayaraq, Vüsalə Məmmədova bu gecə dünyasını dəyişib. Hazırda meyidi Qazaxa, doğulduğu kəndə gətirilir. Gənc ananın bu gün və ya sabah dəfn ediləcəyi bildirilir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol