• $
  • €
  • ₽
  • ₺
  • £

Məhəmməd Kekalova qarşı yeni 7 ağır maddə ilə ittiham irəli sürülüb

Məhəmməd Kekalova qarşı yeni 7 ağır maddə ilə ittiham irəli sürülüb
19.08.2024 12:13
Avqustun 16-da "Abzas Media işi” üzrə həbs olunan Məhəmməd Kekalova qarşı yeni 7 ağır maddə ilə ittiham irəli sürülüb. Bu barədə Kekalovun yaxınları bildirib.

Bеlə ki, o,  Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilən xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınmanı nəzərdə tutan 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2, 213.2.1-ci maddələri ilə də ittiham olunur. 

Bundan əvvəl "Abzas Media işi” üzrə həbs edilən jurnalist Nərgiz Absalamovaya və iqtisadçı Fərid Mehralızadəyə də eyni maddələrlə yeni ittiham irəli sürülüb.

Hazırda  "Abzas Media” ilə əlaqəli altı jurnalist və media işçisi Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Məhəmməd Kekalov və dəvət olunmuş jurnalist Hafiz Babalı "qabaqcadan əlbir olaraq xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə həbs ediliblər.

Apreldə meclis.info saytının rəhbəri İmran Əliyev və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli  bu iş üzrə  həbs olunsa da sonradan onların işləri ayrı icraata götürülüb.

İyunun 1-də iqtisadçı Fərid Mehralızadə "Abzas Media” işi üzrə həbs edilib.

Həbs olunanlar özlərini günahkar hesab etmədiklərini məhkəməyə bildirib. 
 
Bir sıra beynəlxalq təşkilatlar həbs olunanların azad edilməsinə çağırıblar.
 
Sonuncu belə bəyanatla iqlim dəyişikliyi fəalı Qreta Tunberq  çıxış edib. 
 
O, Azərbaycan hökumətini COP 29 iqlim sammiti öncəsi həbs olunan vətəndaş cəmiyyəti təmsilçiləri və jurnalistləri azad etməyə çağırıb.
 
Rəsmi Bakı isə bu həbslərin arxasında siyasi otivlərin durmadığını bildirib.
 
N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol