• $
  • €
  • ₽
  • ₺
  • £

Meymunçiçəyi ilə bağlı testlər Azərbaycana gətirilib

Meymunçiçəyi ilə bağlı testlər Azərbaycana gətirilib
19.08.2024 14:41
Azərbaycana meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Bunu  AZƏRTAC-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
 
 
"Ökəmizdə meymunçiçəyi infeksiyasına yoluxma halı qeydə alınmasa da, infeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir. Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinlər isə az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır", - o bildirib. 
 
Avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqoda və bəzi Afrika ölkələrində "meymun poxuna” yoluxma hallarının artması ilə əlaqədar son iki ildə ikinci dəfə beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib. 

Meymunçiçəyi əsasən Mərkəzi və Qərbi Afrikanın bəzi ölkələrində qeydə alınan virus mənşəli xəstəlikdir. 

Virus ya yoluxmuş heyvanın dişləməsi, ya da vəhşi heyvanın ətini və kürkünü yeməklə, nadir hallarda virusu olan insan və ya materialla təmasda olduqda ötürülür. Virus bədənə zədələnmiş dəri, tənəffüs yolları və ya selikli qişalar (göz, burun, ağız, cinsiyyət orqanları) vasitəsilə daxil olur. 

Gizli müddət 5-21 gündür. Simptomlara atəş, şiddətli baş ağrısı, genişlənmiş limfa düyünləri, bel ağrısı, əzələ ağrıları və nəzərəçarpacaq zəiflik daxildir. 

Qızdırma başlayandan 1-3 gün sonra üzdən başlayan və sonra bədənin müxtəlif hissələrinə yayılan səpgilər əmələ gəlir.

Xəstəlik adətən yüngül keçir, insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzi hallarda bu, fəsadlara və hətta ölümə səbəb ola bilər (ölüm 0-11%). 

Təbii çiçək xəstəliyinə qarşı edilən peyvəndin "meymun pox” xəstəliyinə qarşı da 85% effektiv olduğu sübut edilib. Hazırda bu xəstəliyə qarşı ÜST tərəfindən təsdiq edilmiş iki vaksin istifadə olunur.

Azərbaycanda hələlik meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol