• $
  • €
  • ₽
  • ₺
  • £

Gülər Əhmədova şüşə kabinədə

Gülər Əhmədova şüşə kabinədə
07.02.2014 11:00
Həbsdə olan sabiq deputat Gülər Əhmədovanı Bakı Apelyasiya Məhkəməsində keçirilən məhkəmə iclası zamanı şüşə kabinəyə salıblar. Bunu ANS PRESS-ə açıqlamasında sabiq deputatın vəkili Əfsər Talıbov söyləyib. Onun sözlərinə görə, məhkəməni idarə edən hakim Gülər Əhmədovanın vəkili ilə birlikdə məhkəmədə oturub çıxış etməsi ilə bağlı qaldırılan vəsatəti təmin etməyib: “Hakim Gülər xanımın vəkili ilə oturub, öz haqqını müdafiə etməsi barədə qaldırğımız vəsatəti təmin etmədi və onu şüşə kabinəyə salınması barədə göstəriş verib. Bu hakimin səlahiyyətində olan bir şeydir”.Əfsər Talıbov Gülər Əhmədovanın şüşə kabinədən çıxarılması ilə bağlı vəsatət qaldıracaqlarını da sözlərinə əlavə edib. “Gələcəkdə G. Əhmədovanın məhkəmədə vəkilinin yanında oturması məsələsi ilə bağlı vəsatət qaldıracam. Gülər xanım şüşə kabinədə oturması ilə bağlı nə edə bilər ki? Onu əsas maraqlandıran apellyasıya məhkəməsinin neçə getməsidir?” Xatırladaq ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol