• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan xidmət orqanları ilə məxfi əməkdaşlıqda təqsirli bilinən şəxslərə hökm oxunub

Ermənistan xidmət orqanları ilə məxfi əməkdaşlıqda təqsirli bilinən şəxslərə hökm oxunub
19.08.2024 18:49

Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etməkdə təqsirli bilinən Rəşad Əhmədov və Rövşən Əmirova hökm oxunub.Bu barədə "Report” xəbər verir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Rəşad Əhmədov 18 il, Rövşən Əmirov isə 17 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirib.

Həmçinin Rəşad Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi Rövşən Əmirov və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən "Youtube” kanalları və digər sosial şəbəkələrdə paylaşılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaqı aparılmış cinayət işi üzrə Əhmədov Rəşad Əhməd oğlu Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa hazırlıq), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirli bilinirlər.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol