Bu gün Zakir Qaralov hesabat verəcək

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir.APA-nın məlumatına görə, kollegiya iclası 2013-cü ilin yekunlarına həsr olunub. Baş Prokurorluqda Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı Şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən ötən ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə ediləcək. Kollegiya iclasında baş prokuror Zakir Qaralov hesabat məruzəsi ilə çıxış edəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























