Azərbaycana qaytarılan dörd kənddə xeyli sayda mina aşkarlanıb

İşğal olunmuş ərazilərdə yüz minə yaxın minanın olacağı ehtimal edilsə də, Vətən müharibəsindən sonra bu rəqəmin milyon yarımdan çox olduğu bəlli olub. Bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
O qeyd edib ki, ən böyük monitorinqlər mayda delimitasiya prosesində Azərbaycana qaytarılan dörd kənddə aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























