AZAL marşrut şəbəkəsini 80 istiqamətədək genişləndirməyi planlaşdırır

2030-cu ilədək Azərbaycan Hava Yolları sərnişin axınını 2 dəfədən çox artırmağı, marşrut şəbəkəsini 80 istiqamətədək genişləndirməyi və regionda aviasiya sahəsi üzrə lider mövqeyini möhkəmləndirməyi planlaşdırır. Bunu AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə reporta müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda AZAL müntəzəm sərnişindaşımalar üçün özünün müxtəlif tipli 25 hava gəmisindən istifadə edir ki, onların da orta yaşı 11 il təşkil edir. Bundan əlavə, qeyd etdiyim kimi, sərnişin axınını artırmaq üçün 3 "Airbus A320” tipli təyyarə müvəqqəti olaraq icarəyə götürülüb.
"Strateji inkişaf planına əsasən, 2030-cu ilədək aviaşirkətin hava gəmiləri parkında orta yaşı 5-6 ilə qədər olan yalnız 2-3 tip təyyarə olacaq ki, bu da aviasiya sənayesi üçün yaxşı göstəricidir. Bu yanaşma təyyarələrə xidmət göstərilməsi və personalın hazırlığı ilə əlaqəli xərcləri əhəmiyyətli dərəcədə azaldacaqdır.Bu məqsədlə "Neo” ailəsinə məxsus yeni "Airbus” və geniş gövdəli "Boeing 787 Dreamliner” tipli təyyarələrin tədarükünə dair müqavilələr imzalanıb.Marşrut şəbəkəsi Asiya, xüsusilə Çin, Qazaxıstan və Özbəkistan istiqamətində fəal şəkildə inkişaf edəcəkdir”, - o bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























