Azad olunmuş ərazilərdə təmizliyin qorunması ilə bağlı ictimaiyyətə çağırış edilib

Son günlər işğaldan azad edilmiş ərazilərə səfər edənlər tərəfindən tullantıların ətraf mühitə atılması, orada qalaqlanması ilə bağlı sosial şəbəkələrdə təəssüfedici görüntülər yayılır.Bu kimi hallara münasibət bildirən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə belə davranışın yolverilməz olduğunu deyib.
Xidmət rəisi tullantıların nəzərdə tutulmayan əraziyə atılmasının inzibati məsuliyyət yaratması haqda xəbərdarlıq edib:
"Bəzi vətəndaşlarımız bu ərazilərə səfər edərkən istər qanunvericiliyə, istərsə də mənəvi dəyərlərimizə zidd olaraq tullantıları getdikləri, dincəldikləri ərazilərə atırlar. Bu kimi xoşagəlməz halları nəzərə alaraq, bir daha diqqətə çatdırıram ki, bu, həm inzibati qayda pozuntusu, həm də mənəvi dəyərlərimizə zidd olan hərəkətdir”.
O bildirib ki, artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və "Təmiz şəhər" ASC ilə birgə Xocalıda yerləşən Əsgəran qalasının ətrafının tullantılardan təmizlənməsinə başlanılıb:
Buna görə də məhz vətəndaşlıq mövqeyi ilə çıxış edən şəxslərə çox minnətdarıq. Bir daha fürsətdən istifadə edərək vətəndaşlara müraciət edirik ki, bu gözəl əraziləri çirkləndirməsinlər. Onları bu haldan çəkinməyə, təbiətə münasibətdə daha həssas olmağa çağırırıq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























