• $
  • €
  • ₽
  • ₺
  • £

Türk liseyində Azərbaycan dilinin keçirilməyəcəyi ilə bağlı xəbərə səfirlikdən reaksiya

Türk liseyində Azərbaycan dilinin keçirilməyəcəyi ilə bağlı xəbərə səfirlikdən reaksiya
21.08.2024 21:17
Bakı Türk Anadolu Liseyində Azərbaycan dilinin tədrisinin dayandırılması ilə bağlı iddialar yayılıb. Həmin tədris müəssisəsində oxuyan valideynlər sözlərinə görə, artıq bununla bağlı liseydə çalışan Azərbaycan dili müəllimləri işdən çıxarılıb. Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmaz da bildirib ki, Azərbaycan və Türkiyə arasında əldə olunan müqaviləyə uyğun olaraq Azərbaycan dilinin tədrisinin yalnız 9-11-ci siniflərdə saxlanılıb.

"Qafqazinfo”nun məlumatına görə, məsələyə Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil Müşavirliyi də münasibət bildirib.

Lisey rəhbərinin açıqlamasından fərqli olaraq, səfirlik Azərbaycan dilinin tədrisinin davam etdiyini bildirib.

Müşavirlikdən bildirilib ki, 2023-2024-cü tədris ilində Bakı Türk Təhsil Qurumlarında 2582 şagird təhsil alıb. Məktəbdə təhsil alan 723 şagirdin valideynləri Türkiyə vətəndaşıdır:

"1293 şagirdimizin valideynlərindən biri türk, digəri isə Azərbaycan vətəndaşıdır; 558 şagirdin həm anası, həm də atası Azərbaycan vətəndaşıdır. Bundan əlavə, səkkiz şagirdimiz başqa ölkələrin vətəndaşları qrupundadır.
Türkiyə Prezidenti Əhməd Necdət Sezer və Azərbaycan Prezidenti Ulu Öndər Heydər Əliyev tərəfindən 11.07.2000-ci il tarixli protokolla əsası qoyulan ibtidai təhsil pilləmizdə 2018-2019-cu tədris ilindən Azərbaycan dili dərsi seçmə dərs kimi tədris olunur. Bundan əlavə, məktəbimiz yarandığı gündən orta məktəb səviyyəsində Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası dərsləri tədris olunur və sonrakı illərdə də tədris olunmağa davam etdiriləcəkdir. Bu dərslər Bakı Türk Anadolu Liseyinin təsis protokolunun 4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təyin edilmiş müəllimlər tərəfindən tədris olunur.
İki ölkənin qardaşlığının ən son nümunəsi olan və ortaq gələcəyimizi birlikdə quracağımız yeni nəsillər yetişdirmək məqsədi daşıyan məktəbimizlə bağlı müxtəlif KİV-lərdə dərc olunan "Azərbaycan dili və ədəbiyyatı dərslərinin dayandırılacağı xəbəri” həqiqəti əks etdirmir. Doğru olmayan xəbərlərə görə təəssüfləndiyimizi qeyd edir və ictimaiyyətə hörmətlə bildiririk ki, belə xəbərlərə etibar etməsinlər”.

Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmaz sözügedən fənlərin bir müddət qeyri-qanuni olaraq ilk okul və orta okul bölümündə (9-cu sinfə qədər) əsasnamədə nəzərdə tutulmayan halda keçirildiyini bildirib. Liseyin rəhbəri Azərbaycan və Türkiyə arasında əldə olunan müqaviləyə uyğun olaraq Azərbaycan dilinin tədrisinin yalnız 9-11-ci siniflərdə saxlanıldığını söyləyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol