Pərviz Həşimlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Həbsdə olan “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin cinayət işi üzrə ibtidai istintaqın yekunlaşması vəkillərə elan olunub. APA-nın məlumatına görə, növbəti gündən vəkillər P. Həşimlinin cinayət işi üzrə materiallarla tanış olmağa başlayacaqlar. Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. P. Həşimli barəsində Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























