Ülvi Həsənli ölümlə hədələndiyini, penitensiar xidmət isə bunun yanlış olduğunu bildirir

Avqustun 21-də növbəti telefon danışığında "Abzas işi" ilə bağlı həbs edilən Ülvi Həsənli ona qarşı işgəncə faktları barədə məlumat verəndən sonra kamerasındakı bir nəfər ona qarşı xüsusilə təxribat xarakterli hərəkətlər edir. Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva məlumat verib.
"Ülvi dedi ki, narkotik ittihamı ilə həbs edilən təxminən 60 yaşlı Siyavuş adlı bir şəxs bu məsələdən sonra xüsusilə onunla dava salmağa çalışır, ona durduğu yerdə hücum edir. Hətta bir neçə dəfə cibindən kəsici alət çıxararaq Ülvini hədələyib", - Quliyeva söyləyib.
Onun sözlərinə görə, Ülvi Həsənli məsələdə təcridxana rəhbərliyini günahlandırıb.
"Həmin adam barəsində yekun məhkəmə hökmü çıxarılsa da, hələ də həbsxanaya köçürülmür, təcridxanada saxlanılır. Ülvi hesab edir ki, Səyavuş adlı bu şəxsi ona qarşı təxribat yaratması üçün orada saxlayırlar", - Quliyeva əlavə edib.
O, həmçinin söyləyib ki, məsələ ilə bağlı həm Ülvi Həsənli, həm vəkili Zibeydə Sadıqova təcridxana rəisinə, rəis müavininə şikayətlərini ünvanlasalar da, heç bir tədbir görülməyib.
"Ombudsman Aparatının, Penitensiar Xidmətin dərhal bu işi araşdırmasını, Ülvinin təhlükəsizliyini təmin etməsini tələb edirəm", - Həsənlinin həyat yoldaşı vurğulayıb.
Penitensiar Xidmət isə Turan Agentliyinin "Abzas Media"nın həbsdəki direktoru Ülvi Həsənlinin saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında öldürülməklə hədələndiyi barədə yayılan məlumatlarla bağlı sorğusuna cavabında bildirir ki, penitensiar müəssisələrdə saxlanılan məhkum və həbs edilmiş şəxslərin bütün hüquqları, o cümlədən şəxsi təhlükəsizlik hüquqları təmin olunur və qanuni mənafeləri qorunur.
"Bakı İstintaq Təcridxanasından verilən məlumata görə, hal-hazırda Ülvi Həsənli ilə eyni kamerada Səyavuş adlı şəxs saxlanılmır. Ülvi Həsənli və onun hüquqlarını müdafiə edən vəkilləri tərəfindən Penitensiar Xidmətə, eləcə də Bakı İstintaq Təcridxanasına ona qarşı qanunsuzluqlarla bağlı heç bir rəsmi müraciət və məlumat daxil olmayıb", - cavabda qeyd edilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























