• $
  • €
  • ₽
  • ₺
  • £

“Xankəndi” tankeri istismara qəbul olunub

“Xankəndi” tankeri istismara qəbul olunub
22.08.2024 17:00
Dövlət Neft Şirkəti (SOCAR) və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şuralarının razılığı ilə paritet əsaslarla yaradılaraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilmiş "SA Maritime AFEZCO” Birgə Müəssisəsinin bazar araşdırmaları nəticəsində alınmış sayca 4-cü "Aframax” tipli tanker istismara qəbul olunub.


Bu barədə ASCO-nun məlumatında bildirilir.


Məlumata görə, Prezident İlham Əliyevin tapşırığı ilə gəmiyə qədim Azərbaycan torpağının şərəfinə "Xankəndi” adı verilib.


Bundan əvvəl istismara verilən "Aframax” tipli digər tankerlərimiz kimi, "Xankəndi”ni də "ASCO Shipmanagement AFEZCO” idarə edəcək.


Tanker Türkiyənin Aliağa limanında SOCAR, ASCO, "SA Maritime AFEZCO”nun rəsmi nümayəndələrinin və gəmi heyətinin iştirakı ilə istismara qəbul olunub. Dövlət Himnimizin sədaları altında "Xankəndi” tankerində üçrəngli bayrağımız qaldırılıb.


ASCO-nun İdarə heyəti sədrinin müavini Tariyel Mirzəyev "Xankəndi” tankerinin istismara verilməsi münasibətilə bütün dənizçiləri təbrik edib, heyətə uğurlar arzulayıb.


Tədbirdə həmçinin gəmi kapitanına milli suvenirlər təqdim olunub.


Mərasimdə məhdudiyyətsiz üzmə imkanlarına malik olan və Xəzərdənkənar sularda üzəcək "Xankəndi” tankerinin istismara verilməsinin Azərbaycan iqtisadiyyatı və milli gəmiçilik üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.


Tədbirdə o da qeyd olunub ki, həm "Xankəndi”, həm də digər bu tip gəmilərimizdə heyətin milli dənizçi kadrlardan formalaşdırılması əsas prioritetlərdəndir. Artıq bu tip gəmilərin heyət üzvləri sırasında azərbaycanlı dənizçilər də var. Onlardan ikisi – kapitanın 3-cü köməkçisi Cahangir Yaqubov və 4-cü mexanik Teyyub Məmmədov "Xankəndi” gəmisində işləyir.


Gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan tankerin dedveyti (ümumi yükgötürmə qabiliyyəti) 115 521 tondur. Uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,20 metr, suya oturumu 15,22 metr, makimum sürəti 16 knotdur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol