Suqovuşanda beş ədəd 5 mərtəbli binalar tikiləcək

Ağdərənin Suqovuşan qəsəbəsində tikili 5 ədəd 5 mərtəbəli 2 girişli yaşayış binaları üçün avadanlıqların alınmasına 1.882.322,4 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib.
Tenderin qalibi "CONRAD" MMC-dir.
Şirkət 2006-ci il dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 2 manatdır.
Bundan əvvəl Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, bu ilin sentyabr və oktyabr aylarında isə Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi planlaşdırılır.
Suqovuşan 2020-ci ilin oktyabrında Azərbaycan ordusu tərəfindən azad olunub. 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























