Ali məktəblərə qəbul olunanların qeydiyyatının başlanacağı vaxt açıqlanıb

Avqustun 28-i saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, abituriyentlər https://portal.edu.az/ platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























