• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
23.08.2024 18:03
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Şəki, Bakı-Göygöl, Bakı-İsmayıllı, Bakı-Cəlilabad, Bakı-Masallı, Bakı-Şirvan, Bakı-Siyəzən, Bakı-Ağdaş, Bakı-Oğuz, Sumqayıt-Tərtər, Sumqayıt-Şəki, Sumqayıt-Oğuz, Şəki-Qəbələ, Şəki-Bərdə, Salyan-Gəncə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə AYNA-dan bildirilib.
 
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər sentyabrın 21-i, saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri
Bakı-Şəki, Bakı-Göygöl, Bakı-İsmayıllı və Bakı-Cəlilabad istiqamətlərində 5 Lot üzrə oktyabrın 8-də;

Bakı-Cəlilabad, Sumqayıt-Tərtər, Sumqayıt-Şəki və Sumqayıt-Oğuz istiqamətlərində 4 Lot üzrə oktyabrın 11-də;

Bakı-Masallı, Bakı-Şirvan, Bakı-Siyəzən və Bakı-Ağdaş istiqamətlərində 4 Lot üzrə oktyabrın 15-də;

Bakı-Oğuz, Salyan-Gəncə, Şəki-Qəbələ və Şəki-Bərdə istiqamətlərində 4 Lot üzrə oktyabrın 18-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol