Azərbaycan və Qazaxıstan birgə təlim keçirib

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təlimi davam edir.Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Ssenariyə əsasən, döyüş tapşırığı alan bölmə komandirləri qəbul edilmiş qərarı təlim rəhbərliyinin qərargahına məruzə etdikdən sonra kəşfiyyat tapşırıqlarını icra ediblər.
Təlimdə 25 kilometr məsafədə seçilmiş travers üzrə hərəkət edən bölmələr dağlıq ərazidə gizlənən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqlarını müəyyənləşdirərək basqın edib. Qanunsuz silahlıların avtomobil texnikası kolonlarının pusquya salınması və canlı qüvvəsinin məhv edilməsinə, eləcə də qarşıya çıxan digər qəfil tapşırıqların müvəffəqiyyətlə yerinə yetiriliməsinə nail olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























