Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Hərbi Hava Qüvvələrinin (HHQ) tabeliyindəki N saylı hərbi-hissənin yanacaq-sürtgü materialları xidmətinin rəisi həbs edilib.
"Qafqazinfo”nun məlumatına görə, kapitan rütbəsi ilə xidmət edən Həsənov Ülvi Bəxtiyar oğlu dövlət əmlakını talamaqda ittiham olunur.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Ülvi Həsənov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Məlumatı hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.
Qurum rəsmisi bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Həsənov Ülvi Bəxtiyar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























