• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq

Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq
23.08.2024 20:34

Yay günlərinin son istirahət günü - avqustun 25-də Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" adlı bağlanış konserti olacaq.

Paytaxt sakinləri və şəhərin qonaqları həmin gün saat 20:00-da parkda sevilən müğənnilərin ifasını dinləyib, gözəl yay axşamı keçirə biləcəklər.
Konsertin istənilən auditoriyanın marağını cəlb etməsi üçün zəngin proqram hazırlanıb. "Yay Festivalı"nda məşhur musiqi xadimlərinin iştirakı ilə müxtəlif janrlarda mahnılar ifa olunacaq. Sevdiyimiz və hər zaman böyük həvəslə dinlədiyimiz bu ifalar duet, yaxud kollektiv şəklində səslənəcək. Yenilik isə ondan ibarətdir ki, əksər mahnılar belə interpretasiyada ilk dəfə təqdim olunacaq. Məqsəd isə musiqidə nəsillərin dialoqunu nümayiş etdirməkdir.

Konsertdə Almaxanım Əhmədli və Aygün Bəylərlə virtual duet, Almaz Ələsgərli və Elçin Cəfərov, Aygün Kazımova və Zamiq Hüseynov, Elnur Məmmədov və Günay İbrahimli, Ədalət Şükürov və Nigar Camal, Faiq Ağayev və Dilarə Kazımova, Xəyyam Nisanov və Aysel, Könül Xasıyeva və İlkin Əhmədov, Mələkxanım Eyyubova və Ramal İsrafilov, Mənsum İbrahimov və Elnarə Xəlilova, Murad Arif və Mərdan Kazımov, Mübariz Tağıyev və Cavidan Fatihi, Nazim Pişyari və Mehin Hümbətova, Nazpəri Dostəliyeva və İlkin Dövlətov, Nisə Qasımova və Abbas Bağırov, Niyaməddin Musayev və "Döngə" qrupu, PRoMete və Samirə AliMəryam, "Rast" qrupu və Jamal Hashım, Sevda Ələkbərzadə və "Nənələr" qrupu, Tünzalə Ağayeva və Nadir Rüstəmli duetləri, eləcə də Gülyaz və Gülyanaq Məmmədovalar və Kamilə Nəbiyeva, İlahə Rüstəmova, həmçinin Təyyar Bayramov, Rəvanə Əmiraslanlı, Mirəli Sarızadə, daha sonra isə Səbinə Babayeva, Sona Əzizova, Atilla Qərib, Atilla Məmmədov çıxış edəcəklər.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol