• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da yoxlama aparılacaq

AMEA-da yoxlama aparılacaq
06.02.2014 16:37
Hesablama Palatasının Kollegiya iclası keçirilib. Hesablama Palatasından APA-ya verilən məlumata görə, Kollegiya iclasında Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsində (VÖEN 6400126081) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyəti, “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait  hesabına alınan aktivlərin (əsas və dövriyyə vəsaitlərinin) struktur bölməsi olan Horadiz aqroservis filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalar, Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin istifadəsi və Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Gənclər və İdman Nazirliyinə tikintisi başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirlərinin nəticələri üzrə Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiqlənib. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisinə məlumatların təqdim edilməsi barədə  qərar qəbul  edilib. Kollegiya iclasında Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, “Azərelektrikşəbəkətikinti"” ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair Audit proqramları təsdiqlənib.Hesablama Palatasının 2014-cü il 08 yanvar  tarixli Q-01 nömrəli Kollegiya qərarı ilə qəbul olunmuş Audit Proqramına əlavə və dəyişikliklər də müzakirə edilərək təsdiq edilib. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol